Qəbələdə stend atıcılığı üzrə Qran-priyə start verilib

Qəbələdə stend atıcılığı üzrə Qran-priyə start verilib Bakı. 8 may. REPORT.AZ/ Bu gün Qəbələ Stend və Ox Atıcılığı Kompleksində Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş stend atıcılığı üzrə beynəlxalq Qran-pri yarışı start götürüb.
Fərdi
8 May , 2018 11:54
Qəbələdə stend atıcılığı üzrə Qran-priyə start verilib
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ Bu gün Qəbələ Stend və Ox Atıcılığı Kompleksində Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr edilmiş stend atıcılığı üzrə beynəlxalq Qran-pri yarışı start götürüb.

“Report” xəbər verir ki, “Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı, Azərbaycan Atıcılıq Federasiyasının, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Özbəkistan, Rusiya, İran, BƏƏ və Bəhreyndən 70 idmançı iştirak edir.

Beynəlxalq yarışın iştirakçıları arasında dünyanın tanınmış atıcıları, dünya və Avropa çempionları, olimpiya mükafatçıları da var.

Mayın 12-dək davam edəcək yarışda idmançılar 6 dəst medal uğrunda mübarizə aparacaqlar. Qran-prinin rəsmi açılış mərasimi mayın 10-da olacaq.

Son xəbərlər

Orphus sistemi