​Qəbələdə “Gənclərin İKT biliklərinin inkişafı” layihəsinin icrasına başlanıb

​Qəbələdə “Gənclərin İKT biliklərinin inkişafı” layihəsinin icrasına başlanıb İnternet məktəbinin ilk məşğələlərinə start verilib
Fərdi
30 Yanvar , 2015 19:13
​Qəbələdə “Gənclərin İKT biliklərinin inkişafı” layihəsinin icrasına başlanıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qəbələ şəhərində “Gənclərin İKT biliklərinin inkişafı” layihəsinin icrasına başlanıb. "Report"un məlumatına görə, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin təşkilatçığı ilə həyata keçirilən layihə çərçivəsində internet məktəbinin ilk məşğələlərinə start verilib.

Layihənin keçirilməsində əsas məqsədi İKT-nin geniş imkanlarından yararlanaraq informasiya cəmiyyətinin formalaşmasına, insan potensialının inkişafına, konkret olaraq İKT-nin cəmiyyətin hər bir sahəsinə tətbiqinin metodlarını sirlərini gənclərə öyrətmək və gəncləri bu istiqamətdə yönləndirməkdir.

İnternet məktəbi layihəsinin açılışında çıxış edən Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri və layihənin rəhbəri Vüqar Əhmədov iştirakçılara layihə haqqında geniş məlumat verib.

İnteraktiv şəkildə davam edəcək dərslərdə intensiv məşğələlər vasitəsilə iştirakçılar bu sahədə peşəkar təlimçi və ekspertlərdən İKT sahəsində yeni biliklər əldə edəcək, bu sahədə təkmilləşəcək. Onlara verilən tapşırıqlar vasitəsilə gənc iştirakçılar internetdən təhlükəsiz istifadə qaydası, veb səhifələrin idarə olunması texnologiyaları ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, internet məktəbinin sonunda məzunlar müvafiq sertifikatlarla təmin olunacaq.

Son xəbərlər

Orphus sistemi