Bakı. 25 iyul. REPORT.AZ/ "Qəbələ" və "İnter"in Avropa Liqasının III təsnifat mərhələsindəki cavab oyunlarının başlama saatı müəyyənləşib. "Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Kipr "Apollon"u və İspaniya "Atletik"i ilə qarşılaşmalar eyni saata təyin edilib.
Bakıdakı "Bakcell Arena" və "İnter Arena"da baş tutacaq hər iki matç avqustun 6-da saat 21:00-da start götürəcək.
Qeyd edək ki, "Qəbələ" və "İnter"in Avroliqanın II təsnifat mərhələsindəki ev oyunları da eyni saatda başlanıb.