Yuxarı

​Qazaxıstanın peşəkar boksçusu ölkəsini Azərbaycana dəyişib

Problemlərimi özüm həll etmişəm, təəssüf ki, heç bir dəstək görməmişəm

Bakı. 21 yanvar. REPORT.AZ/ Peşəkar rinqdə hesabında 5 döyüş və bir o qədər də qələbə olan 28 yaşlı qazaxıstanlı boksçu Bəxtiyar Eyyubov bundan sonra Azərbaycanı təmsil edəcək.

"Report" xəbər verir ki, bu barədə "Boxingnews.kz" portalı yazıb.

"Hazırda danışıqlar gedir, lakin mən sponsorların adlarını açıqlamaq istəməzdim. Bircə onu demək istəyirəm ki, Azərbaycanı təmsil etmək qərarına gəlmişəm. Burada bir çox amillər var, həm peşəkar rinqdə döyüşmək istəyi, həm də maddi tərəfi yaxşılaşdırmaq imkanı. Eyni zamanda qeyd edim ki, vətənimin bayrağı həmişə mənimlə olacaq. Mən rinqə iki bayraqla çıxacağam", - deyə Bəxtiyar Eyyubov qeyd edib.

Boksçunun sözlərinə görə, o, bütün bu müddəti peşəkar rinqdə müstəqil olaraq döyüşüb ki, bu da ona heç də asan olmayıb.

"Məndə motivasiya və fanatizmdən başqa heç nə yoxdur. Bu müddət ərzində bütün problemlərimi özüm həll etmişəm. Təkbaşına məşq etmişəm. Çox çətin olub. Təəssüf ki, heç bir dəstək olmayıb... Hətta peşəkar rinqdə uğur qazandıqda belə təbrik etməyiblər. Mənim doğulduğum və böyüdüyüm Aktobe şəhərində ilin yekunlarında adım heç idman planında qeyd olunmadı, heç bir dəstək yoxdur, halbuki mən bu şəhərdə yeganə peşəkar boksçuyam", - deyə idmançı əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi