Qazaxıstanlı dünya çempionu 26 yaşında vəfat edib

Qazaxıstanlı dünya çempionu 26 yaşında vəfat edib Qazaxıstanlı ağırlıqqaldıran Albert Linder dünyasını dəyişib.
Fərdi
2430
17 Sentyabr , 2021 10:49
Qazaxıstanlı dünya çempionu 26 yaşında vəfat edib

Qazaxıstanlı ağırlıqqaldıran, 2017-ci il Universiadasının qalibi Albert Linder dünyasını dəyişib.

"Report" Qazaxıstan Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 69 kq çəki dərəcəsində yer alan idmançı 26 yaşında vəfat edib.

Linderin ölüm səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, ağırlıqqaldıran 2013-cü ildə yeniyetmələr arasında dünya çempionatının, 2017-ci ildə Asiya çempionatının qalibi olub.

Son xəbərlər

Orphus sistemi