Qazaxıstanda pauerliftinq üzrə dünya çempionu qətlə yetirilib

Qazaxıstanda pauerliftinq üzrə dünya çempionu qətlə yetirilib Hadisəyə kollec tələbələri ilə 25 yaşlı idmançı arasındakı söz savaşı səbəb olub
Fərdi
16 Mart , 2017 11:32
Qazaxıstanda pauerliftinq üzrə dünya çempionu qətlə yetirilib

Bakı. 16 mart. REPORT.AZ/ Qazaxıstanın Kokşetau şəhərində pauerliftinq üzrə gənclər arasında dünya çempionu Yevgeni Qaluzinskini qətlə yetirməkdə şübhəli bilinən bir qrup tələbə saxlanılıb.

"Report"un məlumatına görə, hadisəyə kollec tələbələri ilə 25 yaşlı idmançı arasındakı söz savaşı səbəb olub. Mübahisə davaya çevrilib və Qaluzinski aldığı bıçaq yaralarından yerindəcə ölüb.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Tutulanlardan 4 nəfəri ölkədən kənara çıxmamaq haqda iltizam verdikdən sonra buraxılıblar. 18 yaşlı gənc isə təcridxanadadır. 

Son xəbərlər

Orphus sistemi