Yuxarı

Qaradağın icra başçısı Avropa Boks Konfederasiyasında rəhbər vəzifəyə seçilib

Süleyman Mikayılov İcraiyyə Komitəsinin 12 üzvündən biri olub

Bakı. 16 aprel. REPORT.AZ/ İtaliyanın Assizi şəhərində Avropa Boks Konfederasiyasının (EUBC) Baş Assambleyası keçirilib. 

"Report"un məlumatına görə, tədbirdə EUBC-nin vitse-prezident postlarına və İcraiyyə Komitəsinə seçkilər də baş tutub.

Öncə qurumun ikinci şəxslərinin adlarına aydınlıq gəlib. Səsverməyə əsasən, rusiyalı Vladimir Tebekin və almaniyalı Yurgen Kyuas vitse-prezident seçiliblər. İcraiyyə Komitəsinin yeni tərkibi də müəyyənləşib. Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov 12 üzvdən biri seçilib.

Qeyd edək ki, Bakının Qaradağ rayonunun icra başçısı olan S.Mikayılov, eyni zamanda, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvüdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi