"Qarabağ" - "Omoniya" oyununa satılmış biletlərin sayı açıqlanıb

"Qarabağ" - "Omoniya" oyununa satılmış biletlərin sayı açıqlanıb "Qarabağ"ın UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda Kiprin "Omoniya" komandası ilə keçirəcəyi oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb
Fərdi
23 Noyabr , 2021 10:16
Qarabağ - Omoniya oyununa satılmış biletlərin sayı açıqlanıb

UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ın Kipr "Omoniya"sı ilə keçirəcəyi oyununa indiyədək satılmış biletlərin sayı açıqlanıb.

Ağdam təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, hələlik 8 500-dən çox bilet sahibini tapıb.

Biletlərin qiyməti müvafiq olaraq 3 manat, 5 manat, 10 manat, 50 manat və 75 manat təşkil edir. Koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

Qeyd edək ki, noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Omoniya" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan təmsilçisi artıq pley-offa vəsiqəni təmin edib.

Son xəbərlər

Orphus sistemi