Baş katib: "İdmançıların yüksək peşəkarlığa sahib olması üçün bu cür yarışlar çox vacibdir"

Baş katib: "İdmançıların yüksək peşəkarlığa sahib olması üçün bu cür yarışlar çox vacibdir" "Biz bu cür yarışların keçirilməsini davam etdirəcəyik"
Fərdi
27 May , 2016 19:00
Baş katib: İdmançıların yüksək peşəkarlığa sahib olması üçün bu cür yarışlar çox vacibdir

Bakı. 27 may. REPORT.AZ/ "Bu yarış Azərbaycanda keçirilən ilk beynəlxalq konkur idi. Ümumiyyətlə, il ərzində keçirilən yarışların ən yüksək kateqoriyası məhz bu yarışdır". "Report"un məlumatına görə, bunu Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəsmisi Bakıda keçirilən ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konkur üzrə CSİ2*W dərəcəsində beynəlxalq turnir haqda bunları bildirib: "Bu yarış hər ilin mayında keçirilir. Çünki may ayında bizim ümumilli liderin doğum günüdür. Yarışa çox böyük diqqət veririk. Budəfəki yarışda 4 ölkədən 12 idmançı və 26 at iştirak edib. Son illərdə Azərbaycan idmanı bütün növlərdə iştirak etməkdədir. Bu da ölkə başçısı İlham Əliyevin idmana ayırdığı diqqət və qayğının nəticəsidir. Biz bu cür yarışların keçirilməsini davam etdirəcəyik. İdmançıların yüksək peşəkarlığa sahib olması üçün bu cür yarışlar çox vacibdir". 

Qeyd edək ki, Bakıda keçirilən yarışa bu gün yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi