“Qaprindaşvili “Netflix”ə qarşı”: Harri Kasparov məhkəmədə dindirilə bilər 

“Qaprindaşvili “Netflix”ə qarşı”: Harri Kasparov məhkəmədə dindirilə bilər  ““Netflix” şirkəti “Kraliçanın gedişi” serialında gürcü qrossmeyster Nona Qaprindaşvili haqqında faktları şəxsi məqsədləri üçün dəyişib”.
Fərdi
140
8 Dekabr , 2021 09:21
“Qaprindaşvili “Netflix”ə qarşı”: Harri Kasparov məhkəmədə dindirilə bilər 
Harri Kasparov

“Netflix” şirkəti “Kraliçanın gedişi” serialında gürcü qrossmeyster Nona Qaprindaşvili haqqında faktları şəxsi məqsədləri üçün dəyişib”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu şahmatçının vəkili Maya Mtsariaşvili deyib. Onun sözlərinə görə, amerikalı kinorejissor ekran əsərində yanlış faktların yer aldığını etiraf edib və məqsəd əsərin daha da dramatikləşdirilməsi olub.

N.Qaprindaşvilinin “Netflix”ə qarşı məhkəmə işi ilə bağlı Gürcüstan tərəfi tanınmış rusiyalı şahmatçı, serialın məsləhətçisi olmuş Harri Kasparovun da dindirilməsini tələb edir. İddiaçı tərəf bildirib ki, ekran əsərində səhvlər təsadüfən yarana bilməzdi, çünki H.Kasparov gürcü şahmatçını şəxsən tanıyır.

Qeyd edək ki, “Nona Qaprindaşvili “Netflix”ə qarşı” işi üzrə ilk məhkəmə dinləməsi gələn ilin yanvarın 24-də Kaliforniya ştatının məhkəməsində keçiriləcək. Şahmat üzrə 5 qat dünya çempionu şirkəti serialda onunla bağlı yanlış məlumat yaymaqda ittiham edir. Ekran əsərində N.Qaprindaşvili kişi şahmatçılarla heç vaxt qarşılaşmayan və rusiyalı şahmatçı kimi təqdim olunub. 80 yaşlı şahmatçı şirkətdən azı 5 milyon ABŞ dolları məbləğində təzminat tələb edir.

Son xəbərlər

Orphus sistemi