Yuxarı
    Bağlamaq

    ​Qadın şahmatçılar arasında dünya çempionu müəyyənləşib

    Hou İfan ukraynalı Mariya Muzıçuku 9-cu partiyada məğlub edib

    Bakı. 15 mart. REPORT.AZ/ Çin şahmatçısı Hou İfan vaxtından əvvəl qadın şahmatçılar arasında dünya çempionu olub.

    "Report"un məlumatına görə, o, ukraynalı Mariya Muzıçuku 9-cu partiyada məğlub edib.

    Nəticədə ümumi hesab 6:3 İfanın xeyrinə olub və o, çempionluğu özünə təmin edib. Oyun Lvovda keçirilib və klassik vaxta nəzarət partiyalarından ibarət olub.

    Qeyd edək ki, Hou İfan 2010-2012 və 2013-2015-ci illərdə də dünya çempionluğunu qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi