Qadın paralimpiya çempionu: "Babamın da ruhu şaddır"

Qadın paralimpiya çempionu: "Babamın da ruhu şaddır" “Mənim üçün ən sevindirici və qürurverici hal ölkə başçısı İlham Əliyevin şəxsi tviter hesabında adlarımızı yazaraq təbrik etməsi oldu”.
Fərdi
14 Sentyabr , 2021 13:21
Qadın paralimpiya çempionu: Babamın da ruhu şaddır

“Mənim üçün ən sevindirici və qürurverici hal ölkə başçısı İlham Əliyevin şəxsi tviter hesabında adlarımızı yazaraq təbrik etməsi oldu”.

Bunu “Report”a açıqlamasında Tokio-2020 Yay Paralimpiya Oyunlarında qızıl və gümüş medal qazanmış Azərbaycan para-atleti Lamiyə Vəliyeva deyib.

Altı ildir idmanla məşğul olan Vəliyeva bildirib ki, bu sahəyə gəlməkdə ən böyük dəstəkçisi babası olub:

“İdmanla məşğul olmağımda babamın rolu böyükdür. Uşaqlıqdan babamla birlikdə idman yarışlarını izləyərdik. Əvvəlcə voleybolla məşğul olmuşam. 1,5 illik voleybol məşqlərindən sonra qərara gəldim ki, mənim üçün komanda şəklində oynamaq uyğun deyil. Amma doğrusu, sürətli qaçdığımın da fərqində idim. Məni atletikaya babam özü gətirdi. Elə həmin gündən də fəaliyyətimi bu sahədə davam etdirirəm”.

Vəliyeva Azərbaycanı layiqincə təmsil etdiyi və ölkə bayrağını yüksəklərə qaldırdığı üçün özünü çox xoşbəxt hiss etdiyini bildirib: “Doğrudur, babam artıq dünyasını dəyişib. Amma onun da ən böyük arzusu idi ki, mən o cür yarışa qatılım və ölkəmizi layiqincə təmsil etdim. Bu qələbəni dadmaq başqa bir hissdir. Sevinirəm ki, bu gün babamın da ruhu şaddır”.

Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib.

Son xəbərlər

Orphus sistemi