Qadın güləşçilərin reytinq siyahısı açıqlanıb

Qadın güləşçilərin reytinq siyahısı açıqlanıb Mariya Stadnik siyahıda ikincidir
Fərdi
6 Yanvar , 2017 13:16
Qadın güləşçilərin reytinq siyahısı açıqlanıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən qadın güləşçilərin 2017-ci il üçün ilk reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, reytinq siyahısında Azərbaycanın 7 güləşçisinin adı var.

Onlardan 3-nün adı onluğa daxil edilib.

Ən yüksək göstərici 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 48 kq çəkidə gümüş medal qazanan Mariya Stadnikdədir. O, reytinqdə də ikinci sırada qərarlaşıb.

Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) reytinqdə 4-cüdür. Olimpiadanı 5-ci sırada tamamlayan Yuliya Ratkeviç (58 kq) isə reytinqdə 6-cı pillədədir. 

Son xəbərlər

Orphus sistemi