Qadın cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı

Qadın cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı Azərbaycan cüdoçusu İrina Kindzerska Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu yarış günündə final görüşünə çıxıb.
Fərdi
635
21 Noyabr , 2020 20:45
Qadın cüdoçumuz Avropa çempionatında gümüş medal qazandı
İrina Kindzerska

Azərbaycan cüdoçusu İrina Kindzerska Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatının sonuncu yarış günündə final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində yer alan 29 yaşlı idmançı Fransa təmsilçisi Roman Dikko ilə üz-üzə gəlib.

Əvvəlcə serbiyalı Milika Zabiçi 89 saniyəyə, yarımfinalda isə ukraynalı Yelizaveta Kalaninanı 67 saniyəyə ipponla üstələyən cüdoçu həlledici görüşdə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 5 medalla başa vurub. Kindzerskadan əvvəl Orxan Səfərov (66 kq) qızıl, Rüstəm Orucov (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev isə bürünc medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi