Qaçqın idmançılar Yay Olimpiya oyunlarında iştirak edə biləcəklər

Qaçqın idmançılar Yay Olimpiya oyunlarında iştirak edə biləcəklər Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti bildirib
Fərdi
3 Noyabr , 2015 06:01
Qaçqın idmançılar Yay Olimpiya oyunlarında iştirak edə biləcəklər

Bakı. 03 noyabr. REPORT.AZ/ Rio-de-Janeyro Olimpiya oyunlarında qaçqın idmançılar da təmsil olunacaq.

Britaniyanın “Guardian” qəzeti xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax BMT-nin Baş assambleyasında çıxışında bildirib.

Bax deyib ki, Yaxın Şərqdəki müharibə üzündən aralarında peşəkar idmançılar olan insanlar kütləvi şəkildə Avropa ölkələrinə köç ediblər: “Hazırda dərəcəli qaçqın atletlərin Olimpiya oyunlarında iştirak etmək imkanı yoxdur. Yığması, bayrağı və himni olmayan idmançılar belə Olimpiadaya dəvət olunaraq turnirdə Olimpia bayrağı altında təmsil olunacaqlar”,- deyə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti qeyd edib.

Son xəbərlər

Orphus sistemi