Pxençxan Qış Olimpiya və Paralimpiya Oyunlarının rəsmi talismanları məlum olub

Pxençxan Qış Olimpiya və Paralimpiya Oyunlarının rəsmi talismanları məlum olub Bunlar Suxoranq adlı ağ pələng və Himalay ayısı Bandabidir
Fərdi
2 İyun , 2016 20:03
Pxençxan Qış Olimpiya və Paralimpiya Oyunlarının rəsmi talismanları məlum olub

Bakı. 2 iyun. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi 2018-ci il Pxençxan Qış Olimpiya və Paralimpiya Oyunlarının rəsmi talismanlarının təsvirini təqdim edib. 

"Report"un məlumatına görə, olimpiadanın rəsmi simvolu Suxoranq adlı ağ pələng olub.

Suxoranq heyvanların müqəddəs mühafizəçisi sayılır. Paralimpiadanın talismanı isə Himalay ayısı Bandabidir. Bandabi güclü iradə və cəsarəti simvolizə edir.

Qeyd edək ki, Pxençxan Qış Olimpiya Oyunları 2018-ci il 9-25 fevralda, Qış Paralimpiya Oyunları 9-18 martda keçirilir. 

Son xəbərlər

Orphus sistemi