Pxençxan-2018: Fransa və Cənubi Koreya yığmaları qızıl medal qazanıblar

Pxençxan-2018: Fransa və Cənubi Koreya yığmaları qızıl medal qazanıblar Bakı. 20 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında daha iki növ üzrə mükafatçılar bəlli olub.
Fərdi
20 Fevral , 2018 16:52
Pxençxan-2018: Fransa və Cənubi Koreya yığmaları qızıl medal qazanıblar

Bakı. 20 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında daha iki növ üzrə mükafatçılar bəlli olub.

“Report” xəbər verir ki, heyətində Mari Doren-Aber, Anai Beskon, Simona Destye və Marten Furkadın yer aldığı Fransa yığması biatlonun 2x6 + 2x7,5 km məsafəyə qarışıq estafet yarışında qızıl medal qazanıb. Norveç millisi ikinci, İtaliya kollektivi isə üçüncü yeri tutub.

Qadınların şort-trek üzrə 3 min metr məsafəyə estafet yarışında isə heyətində Sim Suk Xi, Çxve Min Çon, Kim E Tszin və Kim A Lanın olduğu Cənubi Koreya millisi fəxri kürsünün birinci pilləsinə yüksəlib. İtaliya komandası gümüş, Hollandiya yığması isə bürünc medal əldə edib.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi