Pxençxan-2018: Çin ilk qızıl medalını qazanıb

Pxençxan-2018: Çin ilk qızıl medalını qazanıb Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq
Fərdi
22 Fevral , 2018 16:30
Pxençxan-2018: Çin ilk qızıl medalını qazanıb

Bakı. 22 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında şort-trek üzrə kişi və qadınların mübarizəsində qaliblər müəyyənləşib.

“Report” xəbər verir ki, kişilərin 500 metr məsafəyə mübarizəsində çinli U Datszin 39,584 saniyə göstərici ilə ölkəsinin ilk qızıl medalını qazanıb və dünya rekordu müəyyənləşdirib. 

Digər iki medalı isə Cənubi Koreya idmançıları əldə ediblər. Xvan Dae Xyon ikinci, Lim Xyo Cun isə üçüncü olub.

Qadınların 1000 metr məsafəyə yarışında hollandiyalı Süzanna Sxultinq rəqiblərini qabaqlayıb. Kanadalı Kim Buten gümüş, italiyalı Arianna Fontana isə bürünc medal qazanıb.

Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi