Pxençxan-2018: ABŞ-ın qadınlardan ibarət hokkey millisinin finaldakı rəqibi müəyyənləşib

Pxençxan-2018: ABŞ-ın qadınlardan ibarət hokkey millisinin finaldakı rəqibi müəyyənləşib Bakı. 20 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında finala yüksələn ABŞ-ın qadınlardan ibarət hokkey üzrə milli komandasının rəqibi müəyyənləşib.
Fərdi
20 Fevral , 2018 11:07
Pxençxan-2018: ABŞ-ın qadınlardan ibarət hokkey millisinin finaldakı rəqibi müəyyənləşib

Bakı. 20 fevral. REPORT.AZ/ Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında finala yüksələn ABŞ-ın qadınlardan ibarət hokkey üzrə milli komandasının rəqibi müəyyənləşib.

“Report” xəbər verir ki, bu, Kanada yığmasıdır. Kanada yarımfinalda Rusiya yığmasını 5:0 hesabı ilə məğlub edib. 

Qeyd edək ki, fevralın 22-də keçiriləcək final matçı Bakı vaxtı ilə saat 08:10-da start götürəcək. Fevralın 21-də Finlandiya və Rusiya yığmaları arasında olacaq üçüncü yer uğrunda oyun isə saat 11:40-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi