Putinə heyran olduğunu deyən irlandiyalı idmançı karyerasını erkən bitirib

Putinə heyran olduğunu deyən irlandiyalı idmançı karyerasını erkən bitirib Konor Makqreqor qərarının səbəbini açıqlamayıb
Fərdi
20 Aprel , 2016 08:39
Putinə heyran olduğunu deyən irlandiyalı idmançı karyerasını erkən bitirib

Bakı. 20 aprel. REPORT.AZ/ Qarışıq üslublu döyüş üzrə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Konor Makqreqor karyerasını bitirdiyini açıqlayıb. "Report"un məlumatına görə, 27 yaşlı idmançı şəxsi "Twitter" hesabında bu barədə açıqlama verib. 

"İdmandan gənc ikən getməyə qərar verdim. Hamıya təşəkkürlər. Görüşərik" - deyə Makqreqor yazıb. 

Martın 9-da o, Rusiya prezidenti Vladimir Putinə heyran olduğunu və rusları güclü insan saydığını bildirib. Ertəsi gün Dövlət Dumasının deputatı Dmitri Nosov Makqreqora Rusiya vətəndaşlığı təklif etsə də, mənfi cavab alıb. 

Qeyd edək ki, Konor Makqreqor martın 5-də UFC şousunun əsas qarşılaşmasında amerikalı Neyt Diasdan məğlubiyyət alıb. Görüş titul xarakteri daşımadığından, çempionluq kəməri Makqreqorda qalıb. Bu, irlandiyalı idmançının karyerasında 3-cü məğlubiyyət olub. Əvəzində o, 17-si nokautla olmaqla, 19 qələbə qazanıb. Diasla görüş qarşılığında UFC çempionu 1 milyon dollar qonorar alıb. 

Son xəbərlər

Orphus sistemi