Bakı. 14 fevral. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Soçi şəhərində yerləşən "Yuq-sport" idman kompleksində ölkənin cüdo yığmasının üzvləri ilə birgə tatami üzərinə çıxıb.
“Report” xəbər verir ki, dövlət başçısı əyninə kimano geyinərək cüdoçularla əvvəlcə isinmə hərəkətləri edib, daha sonra isə güləşib.