Püşk atıldı: Azərbaycanın iki güləşçisinə ermənilər rəqib oldu

Püşk atıldı: Azərbaycanın iki güləşçisinə ermənilər rəqib oldu Fevralın 10-da İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı start götürəcək.
Fərdi
9 Fevral , 2020 23:21
Püşk atıldı: Azərbaycanın iki güləşçisinə ermənilər rəqib oldu

Fevralın 10-da İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı start götürəcək.

"Report"un məlumatına görə, ilk olaraq mübarizəyə yunan-Roma güləşçiləri başlayacaq. Azərbaycan 10 çəki dərəcəsinin hamısında təmsil olunacaq.

Onların ilk rəqibləri bu gün atılan püşk nəticəsində müəyyənləşib. Ən yüngül çəkidəki dünya və Avropa çempionu Eldəniz Əzizli ilə ən ağır çəkili Sabah Şəriətiyə Ermənistan güləşçiləri rəqib olub. Sənan Süleymanov isə Bolqarıstanı təmsil edən erməni ilə üz-üzə gələcək.

55 kq

1/4 final. Eldəniz Əzizli - Rudik Mkrtaçyan (Ermənistan)

60 kq

Təsnifat. Murad Bazarov - Yakopo Sandron (İtaliya)

63 kq

1/8 final. Taleh Məmmədov - İbrahim Labazanov (Rusiya)

67 kq

Təsnifat. İslambek Dadov - Kristian İştvan Vança (Macarıstan)

72 kq

1/8 final. Ülvü Qənizadə - Stoyan Stoyçev Kubatov (Bolqarıstan)

77 kq

Təsnifat: Sənan Süleymanov - Aik Mnatsakanyan (Bolqarıstan)

82 kq

1/8 final: Rafiq Hüseynov - Tirone Sterkenburq (Hollandiya)

87 kq

Təsnifat: İslam Abbasov - Kiril Maskeviç (Belarus)

97 kq

Təsnifat: Orxan Nuriyev - Tadeuş Mixalik (Polşa)

130 kq

1/8 final: Sabah Şəriəti - David Ovasapyan (Ermənistan)

Son xəbərlər

Orphus sistemi