"Prezident kuboku-2022"nin rəsmi paradı baş tutub

"Prezident kuboku-2022"nin rəsmi paradı baş tutub Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının rəsmi paradı təşkil edilib.
Fərdi
5 May , 2022 13:31
Prezident kuboku-2022nin rəsmi paradı baş tutub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının rəsmi paradı təşkil edilib.

"Report"un məlumatına görə, saat 10:30-da start götürən paradda Gürcüstan, Moldova, Türkiyə, Özbəkistan və Azərbaycan idmançıları Mingəçevir şəhərində yürüş ediblər.

Onları Azərbaycan bayrağını daşıyan könüllülərdən ibarət dəstə, milli geyimdə olan çaparlar Qarabağ atları ilə və avarçəkmə idman növünün qayıqları olan xüsusi avtomobil müşayiət edib.

Yürüşün sonunda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və “Prezident kuboku” reqatasında iştirak edən ölkələrin federasiya rəsmiləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüblər.

Son xəbərlər

Orphus sistemi