Prezident İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının və Avropa Voleybol Konfederasiyasının rəhbərlərini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının və Avropa Voleybol Konfederasiyasının rəhbərlərini qəbul edib - YENİLƏNİB Görüşlərdə Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyi qeyd olunub
Fərdi
23 Noyabr , 2016 13:58
Prezident İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının və Avropa Voleybol Konfederasiyasının rəhbərlərini qəbul edib - YENİLƏNİB

*** saat 12:42

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopezi qəbul edib.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq Kanoe Federasiyasının prezidenti Xose Perurena Lopez rəhbərlik etdiyi qurumun Konqresinin Azərbaycanda keçirilməsinin onəmini qeyd edərək bu tədbirə 90-a yaxın ölkədən nümayəndələrin qatılacağını bildirib. Xose Perurena Lopez yaradılan şəraitin və bütün idman obyektlərinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayıb. Qonaq, ümumiyyətlə, Azərbaycanda beynəlxalq tədbirlərin, o cümlədən “Formula-1” yarışının çox yaxşı təşkilinin dünyada maraqla izlənildiyini deyib.

Prezident İlham Əliyev ölkəmizin beynəlxalq tədbirlərin keçirilməsində kifayət qədər təcrübəyə malik olduğunu qeyd edib. Dövlət başçısı bu il Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Yay Olimpiya Oyunlarında idmançılarımızın kanoe idman növündə ilk dəfə medallar qazandıqlarını məmnunluqla qeyd etdi və bildirib ki, bu nailiyyət gələcəkdə idmanın bu növünə marağın artmasına gətirib çıxaracaq.

Görüşdə Azərbaycanın idman sahəsində beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyi qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiçi qəbul edib.

Son xəbərlər

Orphus sistemi