Azərbaycan karateçiləri Premyer Liqanın Çin mərhələsində iki medal qazanıblar

Azərbaycan karateçiləri Premyer Liqanın Çin mərhələsində iki medal qazanıblar Çinin Şanxay şəhərində keçirilmiş Karate1 üzrə Premyer Liqada Azərbaycan milli komandası 2 medal qazanıb.
Fərdi
10 İyun , 2019 10:51
Azərbaycan karateçiləri Premyer Liqanın Çin mərhələsində iki medal qazanıblar

Çinin Şanxay şəhərində keçirilmiş Karate1 üzrə Premyer Liqada Azərbaycan milli komandası 2 medal qazanıb.

"Report"un məlumatına görə, Firdovsi Fərzəliyev (60 kq) və Pənah Abdullayev (84 kq) bürünc medala sahib olub. Nəticədə onlar müxtəlif reytinq cədvəllərində mövqelərini möhkəmlədiblər. Ümumdünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarından olan Karate1 Premyer Liqası mövsümünün 4-cü mərhələsində 76 ölkədən 543 idmançı iştirak edib.

Yarışdan əvvəl müxtəlif ölkələrdə təlim-məşqlərə qatılan milli komandanın üzvləri iyunun 11-də Bakıya dönərək, "Minsk 2019" II Avropa Oyunlarına hazırlıqları davam etdirəcəklər. 

Son xəbərlər

Orphus sistemi