Portuqaliya polisi "W52-FC Portu" velosiped komandasının yerləşdiyi hotelə basqın edib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, komandanın idman direktoru Nunu Ribeyru və daha bir funksioner istifadəsi qadağan olunmuş preparatların yayılmasında ittiham olunaraq saxlanılıb.
Polis həmçinin idmançıların məşqdə istifadə etdiyi, onların idman göstəricilərinə təsir göstərən tibbi preparatları və avadanlıqları götürüb.
Reydə səbəb əvvəllər bu komandada çıxış etmiş və 2019-cu ildə dörd il müddətinə yarışlardan kənarlaşdırılmış ispaniyalı Raul Alarkonun işi üzrə aparılan araşdırmanın nəticəsi olub.