Tokio-2020: Polşalı qadın atlet ardıcıl üçüncü dəfə olimpiya çempionu olub

Tokio-2020: Polşalı qadın atlet ardıcıl üçüncü dəfə olimpiya çempionu olub Polşalı qadın atlet Anita Vlodarçik Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Fərdi
589
3 Avqust , 2021 19:08
Tokio-2020: Polşalı qadın atlet ardıcıl üçüncü dəfə olimpiya çempionu olub
Anita Vlodarçik

Polşalı qadın atlet Anita Vlodarçik Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, çəkicatma növündə yarışan 36 yaşlı idmançı 78,48 metr nəticə ilə bütün rəqiblərini geridə qoyub.

O, ardıcıl üçüncü dəfə olimpiadada qızıl medala sahib çıxıb.

London-2012 və Rio-2016-da da fəxri kürsünün ən yüksək pilləsinə qalxan Vlodarçik 3 qat dünya və 4 qat Avropa çempionudur.

Qeyd edək ki, bu növdə Azərbaycanı təmsil edən Anna Skidan təsnifat mərhələsində 67,93 metr nəticə göstərib və finala vəsiqə qazana bilməyib.

Son xəbərlər

Orphus sistemi