Polşada gimnastlarımız daha 2 medal qazanıblar

Polşada gimnastlarımız daha 2 medal qazanıblar Polşanın Varşava şəhərində bədii gimnastika üzrə keçirilən "XIV Inna Cup" adlı beynalxalq turnirdə gimnastlarımız daha 2 medal qazanıblar.
Fərdi
1 May , 2022 21:31
Polşada gimnastlarımız daha 2 medal qazanıblar

Polşanın Varşava şəhərində bədii gimnastika üzrə keçirilən "XIV Inna Cup" adlı beynalxalq turnirdə gimnastlarımız daha 2 medal qazanıblar.

"Report" xəbər verir ki, fərdi proqramda mübarizə aparan təmsilçilərimiz İlona Zeynalova halqa, Mədinə Dəmirova isə topla hərəkətlərin icrasına görə gümüş medal əldə ediblər.

Qeyd edək ki, bundan əvvəl çoxnövçülükdə Kamilla Qafarova gənclər arasında qızıl medala sahib olub. İlona Zeynalova isə böyüklər arasında gümüş medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi