Polşa UEFA reytinqində Azərbaycana daha da yaxınlaşıb

Polşa UEFA reytinqində Azərbaycana daha da yaxınlaşıb Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Fərdi
29 İyul , 2021 09:04
Polşa UEFA reytinqində Azərbaycana daha da yaxınlaşıb

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

"Report"un məlumatına görə, Azərbaycan 13,375 xalla 29-cu pillədəki yerini qoruyub.

30-cu sıradakı Polşa xallarının sayını 13,250-yə çatdıraraq bu mövqeyə daha da yaxınlaşıb. Qazaxıstan (13,750) isə 28-cidir.

"Neftçi" Bakıda Yunanıstan "Olimpiakos"una uduzduğu üçün ölkənin aktivinə xal yazılmayıb.

Qeyd edək ki, siyahıya 87,926 xalla İngiltərə başçılıq edir. İspaniya (80,570) ikinci, İtaliya (63, 473) üçüncüdür.

Bu gün Azərbaycanın 3 klubu - "Qarabağ", "Sumqayıt" və "Keşlə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununu keçirəcək.

Son xəbərlər

Orphus sistemi