Polşa klubları Rusiya və Belarus badmintonçuları ilə müqavilələrə xitam verib.
"Report" xəbər verir ki, bu barədə TASS-a açıqlamasında "UKS Hubal"da çıxış edən Rusiya millisin üzvü Olqa Morozova bildirib.
27 yaşlı oyunçunun sözlərinə görə, qərar Ukraynadakı hərbi əməliyyatlarla əlaqədar verilib.
Morozova Almaniya və Danimarkadakı həmkarlarının da eyni halla üzləşdiyini söyləyib.