Yuxarı

Polkovnik: "Azərbaycandan rahatlıq hissi ilə ayrılırıq"

Hamad Kalkaba Malboum IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq işlərini fantastik adlandırıb

Bakı. 12 may. REPORT.AZ/ "2017-ci ildə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığı üçün Azərbaycanın doğru seçim olduğuna bir daha əmin olduq". "Report"un məlumatına görə, bunu İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) I vitse-prezidenti və İslam Həmrəyliyi Oyunlarının Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum Oyunlara bir il qalması münasibətilə keçirilən mətbuat konfransında deyib. 

H.K.Malboum Bakıda səmərəli görüşlər keçirdiklərini bildirib: "Təşkilat Komitəsi fantastik işlər görüb. İnanıram ki, bu işi uğurla həyata keçirəcəyik. Çünki ölkə rəhbərliyi sadiqlik nümayiş etdirir. Bu səbəbdən Azərbaycan doğru seçimdir. Biz bu işin öhdəsindən gəlmək üçün kifayət qədər səriştəyə sahibik. Bir daha ölkə Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xüsusi minnətdarlığımızı bildirirəm. Böyük dəstək var və dəstək olmasa, bu işləri həyata keçirə bilmərik. Azərbaycandan rahatlıq hissi ilə ayrılırıq. Çünki hər şeyin qaydasında olduğunu görürük". 

Əlaqələndirmə Komissiyasının sədri Oyunlarda ölkələrin iştirakı məsələsinə də toxunub: "İSSF daxilində müəyyən qaydalar var və bu, bütün ölkələrə öz istəklərinə uyğun təmsilçilərlə çıxışa imkan verir. Biz Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında iştirak etməyə görə ölkələrə şərait yaradırıq".

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları gələn il mayın 12-22-də keçiriləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi