Peşəkar boksda videotəkrardan istifadə ediləcək

Peşəkar boksda videotəkrardan istifadə ediləcək Bu WBC prezidenti açıqlama verib
Fərdi
2 Oktyabr , 2017 13:13
Peşəkar boksda videotəkrardan istifadə ediləcək
Report/ Elshan Baba

Bakı. 2 oktyabr. REPORT.AZ/ Peşəkar boksda videotəkrardan istifadə ediləcək. 

“Report” xəbər verir ki, bu barədə Dünya Boks Şurasının (WBC) prezidenti Maurusio Süleyman qurumun bu gün Bakıda işinə başlayan 55-ci Konvensiyasında bildirib.

O deyib ki, hakimliklə bağlı 2 illik pilot layihə hazırlanıb və istifadəyə veriləcək: “Bir çox idman növlərində artıq belə texnologiyadan istifadə edirlər. Düşünürük ki, boksda da bundan yararlanmalıyıq”.

Qeyd edək ki, federasiya rəhbərlərinin, idman menecerlərinin, keçmiş və hazırki çempionların, ümumilikdə Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika qitəsindən 500-dən çox qonağın qatıldığı Konvensiyaya oktyabrın 6-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi