Pekin-2022: Ukrayna paralimpiyaçıları yarış vaxtı acı xəbər alıb

Pekin-2022: Ukrayna paralimpiyaçıları yarış vaxtı acı xəbər alıb Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak edən Ukrayna idmançıları Anastasiya Laletina və Dmitri Suyarko ağır xəbər alıb.
Fərdi
10 Mart , 2022 13:05
Pekin-2022: Ukrayna paralimpiyaçıları yarış vaxtı acı xəbər alıb
Anastasiya Laletina

Pekin-2022 Qış Paralimpiya Oyunlarında iştirak edən Ukrayna idmançıları Anastasiya Laletina və Dmitri Suyarko ağır xəbər alıb.

"Report"un "USA Today"ə istinadən məlumatına görə, Rusiya qoşunları biatlonçu Laletinanın atasını əsir götürüb. Qadın paralimpiyaçı bu səbəbdən martın 8-də orta məsafəyə yarışa qoşulmayıb.

Laletina açıqlamasında rusiyalı hərbçilərin atasını döydüyünü söyləyib. İdmançı növbəti gün xizəksürmədə çıxış etsə də, mübarizəni erkən dayandırıb.

Paralimpiadada bürünc medala sahib olan biatlonçu Suyarko isə start ərəfəsində Çerniqovdakı evinə mərmi düşdüyünü öyrənib.

Dmitri Suyarko
Dmitri Suyarko

Qeyd edək ki, Pekin-2022 Qış Paralimpiya Oyunlarına martın 13-də yekun vurulacaq. Hazırda Ukrayna 6 qızıl, 8 gümüş və 5 bürünc medalla ümumi komanda hesabında üçüncü yeri tutur. 10 qızıl, 9 gümüş, 13 bürünc medala malik Çin birinci, 7 qızıl, 2 gümüş, 7 bürünc medalı olan Kanada ikinci pillədədir. Rusiya və Belarus idmançıları isə hərbi müdaxilə ilə əlaqədar Oyunlardan kənarlaşdırılıblar.

Son xəbərlər

Orphus sistemi