Pekin-2022: Olimpiya kəndində "ağıllı çarpayı"lar quraşdırılacaq

Pekin-2022: Olimpiya kəndində "ağıllı çarpayı"lar quraşdırılacaq 2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək XXIV Qış Olimpiya Oyunlarından öncə atletlər kəndində "ağıllı çarpayı"lar quraşdırılacaq.
Fərdi
15 Noyabr , 2021 20:31
Pekin-2022: Olimpiya kəndində ağıllı çarpayılar quraşdırılacaq

2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək XXIV Qış Olimpiya Oyunlarından öncə atletlər kəndində "ağıllı çarpayı"lar quraşdırılacaq.

"Report"un "Global Times" nəşrinə istinadən məlumatına görə, yataqlar insan nəbzinin sayını, onun nəfəs alıb-verməsini qeyd edən sensorlarla təchiz olunacaq. Məlumatlar əsasında idmançıların sağlamlığı haqqında hesabat yaradılacaq ki, bu da məşqçilərə onların fiziki durumunu izləməyə kömək edəcək.

Bundan başqa, çarpayıların döşəkləri bədənin formasına uyğun tənzimlənəcək və onurğaya ən yaxşı dəstəyi təmin etmək üçün müxtəlif vəziyyətlərə gətirilə biləcək.

Olimpiya kəndinin sakinləri ağıllı çarpayılarla yanaşı, dörd dəqiqə ərzində qəhvə dənələrini üyüdən və içki dəmləyən, çəkisi 300 kq-a qədər olan yükləri daşıyan və idman obyektlərinə yol göstərən robotlardan da istifadə edə biləcəklər.

Qeyd edək ki, qış olimpiadası gələn il 4 - 20 fevralda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi