"Paris Open": İrina Zaretska gümüş medal qazanıb

"Paris Open": İrina Zaretska gümüş medal qazanıb Azərbaycanın qadın karateçisi İrina Zaretska "Paris Open 2022" turnirində finala vəsiqə qazanıb.
Fərdi
23 Yanvar , 2022 19:02
Paris Open: İrina Zaretska gümüş medal qazanıb

Azərbaycanın qadın karateçisi İrina Zaretska "Paris Open 2022" turnirində final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 68 kq çəki dərəcəsindəki idmançı qızıl medal uğrunda fransalı Alizye Ajye ilə qarşılaşıb.

Rəqibinə 2:4 hesabı ilə uduzan ikiqat dünya və Avropa çempionu gümüş medalla kifayətlənib.

Qeyd edək ki, İrina Zaretska İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən ilin idmançısı seçilib.

10:34

Azərbaycanın qadın karateçisi İrina Zaretska "Paris Open 2022" turnirində finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 68 kq-da çıxış edən 26 yaşlı idmançı həlledici görüşdə fransalı Alizye Ajye ilə qarşılaşacaq.

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Əvvəlcə yerli karateçi Çayme Zaudjala qalib gələn ikiqat dünya və Avropa çempionu növbəti raundda kosovolu Festina Kurrini məğlub edib. Zaretska yarımfinalda isə Fransanın digər təmsilçisi Taliya Sombedən üstün olub.

Qeyd edək ki, final görüşü bu gün keçiriləcək.

Son xəbərlər

Orphus sistemi