Paris marafonu 2-ci dəfə təxirə salındı

Paris marafonu 2-ci dəfə təxirə salındı Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılan qaçış marafonu koronavirus pandemiyası səbəbindən növbəti dəfə təxirə salınıb.
Fərdi
128
6 İyul , 2020 17:24
Paris marafonu 2-ci dəfə təxirə salındı

Fransanın paytaxtı Parisdə keçirilməsi planlaşdırılan qaçış marafonu koronavirus pandemiyası səbəbindən növbəti dəfə təxirə salınıb.

"Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 18-də keçirilməli olan marafon noyabrın 15-də baş tutacaq.

Daha əvvəl yarışın aprelin 5-də təşkili nəzərdə tutulsa da, sonradan mövcud vəziyyətlə bağlı oktyabrın 18-nə təxirə salınmışdı.

Qeyd edək ki, buna qədər Roma, Boston, Dublin, Berlin və Nyu-York marafonlarının da tarixləri eyni səbəbdən dəyişdirilib.