Yuxarı

Paris 2024-cü il olimpiadasına namizədliyini irəli sürəcək

Müvafiq ərizə Beynəlxalq Olimpiya Komitəsinə iyunun 24-də göndəriləcək

Bakı. 20 iyun. REPORT.AZ/ Fransanın paytaxtı Paris 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürəcək. "Report"un məlumatına görə, müvafiq sifariş ərizəsini Paris şəhər şurası təsdiqləyib. 

Ərizə Beynəlxalq Olimpiya Komitəsinə təsis olunduğu gün - iyunun 24-də daxil olacaq. 

Daha öncə Boston (ABŞ), Hamburq (Almaniya) və Roma (İtaliya) namizədliklərini irəli sürüb. Sonuncu dəfə Parisdə Yay Olimpiya Oyunları 1924-cü ildə təşkil edilib. 

Qeyd edək ki, 2024-cü il olimpiadasına ərizə qəbulu sentyabrın 15-dək aparılır. Namizədlər siyahısında Bakının da yer alacağı gözlənilir. Təşkilatçı şəhərin adı Beynəlxalq Olimpiya Komitəsinin 2017-ci ildə Perunun paytaxtı Limada keçiriləcək Sessiyasında açıqlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi