Paralimpiya çempionumuzun məşqçisi vəfat etdi

Paralimpiya çempionumuzun məşqçisi vəfat etdi Azərbaycanın atletikanın nizə atma növü üzrə ixtisaslaşmış əməkdar məşqçisi Hacıbaba Zeynalov dünyasını dəyişib.
Fərdi
11 Dekabr , 2020 13:58
Paralimpiya çempionumuzun məşqçisi vəfat etdi

Azərbaycanın atletikanın nizə atma növü üzrə ixtisaslaşmış Əməkdar məşqçisi Hacıbaba Zeynalov dünyasını dəyişib.

"Report" xəbər verir ki, mütəxəsssis 85 yaşında vəfat edib.

O, Azərbaycan rekordçusu Rafiq Bünyatovun, atmalar üzrə yığma komandanın digər üzvləri və paralimpiya çempionu Oluxan Musayevin məşqçisi olub.

Zeynalov son illərdə "Neftçi" İdman Sağlamlıq Mərkəzində məşqçi, həmçinin tədris şöbəsində müdir vəzifələrini icra edib. O, nizə atma növü üzrə məşqçi Bəxtiyar Zeynalovun atasıdır.

Hacıbaba Zeynalov
Hacıbaba Zeynalov

Son xəbərlər

Orphus sistemi