Ötən il "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakıya 65 ölkədən azarkeş gəlib

Ötən il "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakıya 65 ölkədən azarkeş gəlib Bülent Özərdim: "Bu rəqəmi daha da yüksəltmək istəyirik"
Fərdi
6 Noyabr , 2017 11:50
Ötən il Formula-1 üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakıya 65 ölkədən azarkeş gəlib
Report/ Firi Salim

Bakı. 6 noyabr. REPORT.AZ/ "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün bilet satışına başlanmasına dair mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) ofisində baş tutan tədbirdə Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdimlə Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai iştirak ediblər.

B.Özərdim bildirib ki, ilk ildə gözləntilər elə də böyük deyildi. Buna rəğmən, insanlar Azərbaycan Qran-prisindən məmnun qalıblar: "İkinci il üzərimizdə böyük stress vardı, əlimizdən gələnin ən yaxşını etməyə çalışdıq. Çox maraqlı yarış alındı. Ümumilikdə 25 min bilet satıldı. Bura gələn əcnəbilərin Bakıda gördüklərini gedib ölkələrindı danışması bizim üçün böyük reklamdır. İyunda 65 ölkədən azarkeş gəldi. Onlar ümumi sayın 35 faizini təşkil edirdi. Bu rəqəmi daha da yüksəltmək istəyirik".

Kommersiya şöbəsinin rəhbəri deyib ki, 2018-ci il üçün qiymətlər dəyişməzdir: "İlin sonuna qədər 20 faiz endirim təşkil etmişik. Həmçinin, yerli sakinlər üçün əlavə 25 faiz endirim var. Biletləri müxtəlif satış məntəqələrindən əldə edə bilərlər. Azarkeşlər indidən bilet əldə etsələr, yaxşı olar. Təlabat olarsa, əlavə tribunaların quraşdırılması mümkümdür. Hazırda 30 min yerlikdir. Həm mövcud tribunaları genişləndirə, həm də boş ərazilərdə yeniləri qurula bilər".

B.Özərdim hazırlıqlarını yağışlı havaya uyğun apardıqlarını söyləyib: "Ötən mövsüm yarış iyunda oldu, bu dəfə apreldədir. Hava şəraitində fərq olacaq. Həmin vaxt yağışın yağıb-yağmayacağını Allah bilir. Yəni, indidən nəsə deyə bilmərik. Lakin işlərimizi yağışlı hava üçün planlaşdırırıq. Hazırlıqlarımız bu yöndədir".

N.Arpadari isə qeyd edib ki, xərclər ildən-ilə azalır. O, bunu yeni inşaat işlərinin aparılmaması ilə əlaqələndirib: "Yeni yarışın startını səbirsizliklə gözləyirik. Çox maraqlı əyləncə proqramımız olacaq. Ötən mövsüm fərqli kateqriyalar üzrə biletlər vardı. Bu il də endirimlər tətbiq edirik ki, ölkəmizdə avtoidman həvəskarlarının sayı artsın. Ötən mövsüm bizim üçün dönüş nöqtəsi oldu. Fikirləşirdilər ki, şəhər treki lazımdırmı? Lakin Bakıdakı yarışdan sonra düşüncələr dəyişdi. Bunun özü bizim üçün çox böyük piardır. İldən-ilə xərclərimiz azaldı. Məsələn, ötən mövsüm tribunalar inşa edilmədi, yalnız bir yerdə asfalt qatı yeniləndi. Bu dəfə daha da az xərcimiz olacaq. Bəli, yeni mövsümdə də konsert proqramlarımız olacaq. Lakin marketinq xərclərimiz əvvəlki kimi olmayacaq".

Qeyd edək ki, Azərbaycan Qran-prisi 27 - 29 aprel 2018-ci ildə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi