"Open Azerbaijan" beynəlxalq karate turnirinin qalibləri müəyyənləşdi

"Open Azerbaijan" beynəlxalq karate turnirinin qalibləri müəyyənləşdi "Open Azerbaijan" beynəlxalq virtual kata turnirinə yekun vurulub.
Fərdi
3 Avqust , 2020 12:54
Open Azerbaijan beynəlxalq karate turnirinin qalibləri müəyyənləşdi

"Open Azerbaijan" beynəlxalq virtual kata turnirinə yekun vurulub.

"Report" Azərbaycan Karate Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Elnurə Əzimzadə ("Arpaçay" klubu, 8-9 yaş uşaqlar), Şəlalə Rüstəmova ("Qara-Qaplan" klubu, 10-11 yaş uşaqlar) və Həsənəli Həsənov ("Avey" klubu, 16-17 yaş gənclər) onlayn yarışın qalibi olublar.

Murad Cəfərli ("İnam" klubu, 16-17 yaş gənclər) gümüş medala, Akif Babayev ("Qara-Qaplan" klubu) və Elməddin Səlimli ("Arpaçay" klubu, hər ikisi 8-9 yaş uşaqlar), Aleksey Lapayev ("Arpaçay" klubu, 10-11 yaş uşaqlar), Elcan Həsənov (Avey" klubu) və Əli Məmmədli ("Arpaçay" klubu, hər ikisi 12-13 yaş uşaqlar), Emin Namazov (Qazax rayonu) və Mirtalıb Talıbov (Salyan rayonu, hər ikisi 16-17 yaş gənclər), Humay Əmrahlı (Şəki rayonu, 8-9 yaş uşaqlar) və Ramilə Heydərova ("Arpaçay" klubu) isə bürünc mükafata layiq olublar. 

Qeyd edək ki, ilk "Open Azerbaijan" beynəlxalq virtual kata turnirində 9 ölkədən 26 klubu təmsil edən 76 idmançı iştirak edib. 

Son xəbərlər

Orphus sistemi