"Olympic Moves" proqramının final mərhələsinin bağlanış mərasimi keçirilib

"Olympic Moves" proqramının final mərhələsinin bağlanış mərasimi keçirilib Tədbirə Azad Rəhimovla Mikayıl Cabbarov qatılıb
Fərdi
28 Aprel , 2016 15:24
Olympic Moves proqramının final mərhələsinin bağlanış mərasimi keçirilib

Bakı. 28 aprel. REPORT.AZ/ Bu gün "Olympic Moves" məktəblilərin kütləvi idman proqramının final mərhələsinin bağlanış mərasimi keçirilib. "Report"un məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan tədbir Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan "Coca Cola" şirkəti, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib. 

Mərasimin ilkin mərhələsində badminton və basketbol yarışlarının finalı keçirilib. Ardınca yüngül atletika və velosiped yarışları baş tutub. 

Qalib komandalar MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, "Coca Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru Oleq Piletski tərəfindən mükafatlandırılıblar. Bağlanış mərasimini Sarayda 1500-dən çox tamaşaçı izləyib. 

Tədbirdə adıçəkilən idman federasiyalarının rəhbər şəxsləri iştirak ediblər. 

Qeyd edək ki, "Olympic Moves" proqramına Bakının 400-dək orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird cəlb olunub. Proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanıb.

Son xəbərlər

Orphus sistemi