Azad Rəhimov: "Olimpiadaya yeni növlərdə lisenziyaların qazanılması sevindiricidir"

Azad Rəhimov: "Olimpiadaya yeni növlərdə lisenziyaların qazanılması sevindiricidir" "Bu, onu göstərir ki, idmanın coğrafiyası genişlənir"
Fərdi
9 Mart , 2016 11:42
Azad Rəhimov: Olimpiadaya yeni növlərdə lisenziyaların qazanılması sevindiricidir

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan idmançıları indiyədək 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 34 lisenziya qazanıb. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirib.

Nazir deyib ki, bu sırada yeni idman növləri də var: "Sevindirici haldır ki, velotrek, kanoe-slalom kimi yeni növlərdə lisenziyalar qazanmışıq, triatlonda isə vəsiqə tezliklə əldə olunacaq. Bu da onu göstərir ki, idmanın coğrafiyası genişlənir".

Qeyd edək ki, "Rio-2016" 5 - 21 avqustda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi