Olimpiya mükafatçısı Rüstəm Orucov Böyük Dəbilqə turnirində bürünc medal qazanıb

Olimpiya mükafatçısı Rüstəm Orucov Böyük Dəbilqə turnirində bürünc medal qazanıb Xanım Hüseynova da fəxri kürsünün 3-cü pilləsinə yüksəlib
Fərdi
11 Mart , 2017 17:49
Olimpiya mükafatçısı Rüstəm Orucov Böyük Dəbilqə turnirində bürünc medal qazanıb

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan cüdo yığması Bakıda keçirilən Böyük Dəbilqə turnirində daha 2 medal qazanıb. 

“Report”un məlumatına görə, 73-cü kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçısı Rüstəm Orucov bürünc medal uğrunda görüşdə gürcü Laşa Şavdatuaşviliyə qalib gəlib.

81 kq çəki dərəcəsində mübarizə aparan qadın cüdoçusu Xanım Hüseynova da bürünc medal əldə edib. O, 3-cü yer uğrunda görüşdə Azərbaycanın digər idmançısı Gülsədəf Kərimovanı üstələyib.

Qeyd edək ki, ilk yarış günündə Orxan Səfərov (60 kq) bürünc medal qazanıb.

Son xəbərlər

Orphus sistemi