Azərbaycanın olimpiya mükafatçısı dünya çempionatını medalsız başa vurub

Azərbaycanın olimpiya mükafatçısı dünya çempionatını medalsız başa vurub Azərbaycanın taekvondo millisi Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının növbəti günündə də medal qazana bilməyib.
Fərdi
17 May , 2019 18:15
Azərbaycanın olimpiya mükafatçısı dünya çempionatını medalsız başa vurub

Azərbaycanın taekvondo millisi Böyük Britaniyanın Mançester şəhərində keçirilən dünya çempionatının növbəti günündə də medal qazana bilməyib.

"Report"un məlumatına görə, mundialın üçüncü günündə qadınlardan Patimat Abakarova (49 kq), kişilərdən isə Ayxan Tağızadə (74 kq) dayanq üzərinə çıxıb.

İlk görüşdə San Marino təmsilçisini məğlub edən Tağızadə ikinci görüşdə ABŞ idmançısına uduzub. Abakarova isə Cənubi Koreya təmsilçisini üstələsə də, xorvatiyalı həmkarının müqavimətini qıra bilməyib.

Qeyd edək ki, daha öncə Bəhruz Quluzadə (54 kq), Məhəmməd Məmmədov (68 kq) və Qaşım Maqomedov (58 kq) da yarışı medalsız başa vurub. 

Azərbaycanın 10 taekvondoçu ilə təmsil olunduğu mundiala mayın 19-da yekun vurulacaq. 

Patimat Abakarova 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medala sahib olub. 

Son xəbərlər

Orphus sistemi