Olimpiya çempionu turniri yarımçıq tərk edib

Olimpiya çempionu turniri yarımçıq tərk edib Buna səbəb idmançının zədəli olmasıdır
Fərdi
28 May , 2016 14:26
Olimpiya çempionu turniri yarımçıq tərk edib

Bakı. 28 may. REPORT.AZ/ İspaniyalı tennisçi Rafael Nadal Fransada keçirilən "Roland Qarros" turnirindən çəkildiyini açıqlayıb.

"Report"un məlumatına görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qızıl medalçısı biləyindən zədə aldığı üçün yarışı yarımçıq tərk edib. 

30 yaşlı tennisçi buna görə təəssüfləndiyini deyib: "Parisə gəldiyim zaman yüngül ağrılarım vardı. Yarışlara iynə ilə çıxırdım. Ancaq sonra dözülməz ağrılar yarandı".

Qeyd edək ki, Nadal tennis mövsümünün 2-ci "Böyük dəbilqə"si olan "Rolan Qarros"da 9 dəfə qalib olub.

Son xəbərlər

Orphus sistemi