İkiqat olimpiya çempionuna Ümumdünya Atletikasında vəzifə verildi

İkiqat olimpiya çempionuna Ümumdünya Atletikasında vəzifə verildi Beynəlxalq Olimpiya Komitəsinin (IOC) üzvü, şüvüllə tullanma üzrə 2 qat olimpiya çempionu Yelena İsinbayeva Ümumrusiya Atletika Federasiyasının Ümumdünya Atletikasına (World Athletics) bərpa komissiyasının tərkibinə daxil olub.
Fərdi
16 Aprel , 2020 12:41
İkiqat olimpiya çempionuna Ümumdünya Atletikasında vəzifə verildi

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) üzvü, şüvüllə tullanma üzrə 2 qat olimpiya çempionu Yelena İsinbayeva Ümumrusiya Atletika Federasiyasının Ümumdünya Atletikasına (World Athletics) bərpa komissiyasının tərkibinə daxil olub.

"Report"un məlumatına görə, bu barədə Ümumrusiya Atletika Federasiyasının rəsmi saytı xəbər yayıb.Bildirilib ki, komissiyada yeni üzvlər kimi Mariya Aqlitskaya və Cennifer Akiniymika da yer alıb. Qərar idmançılar komissiyasının video-konfrans formatında keçirilən səsverməsindən sonra qəbul olunub.

Qeyd edək ki, komissiyasının tərkibində Tatyana Çebıkina, Timofey Çalıy, Andrey Manjulin, Oleq Qriqoryev, Andrey Safranov və Mark Burdin də yer alır.

Son xəbərlər

Orphus sistemi