Olimpiya çempionu iki il müddətinə cüdo yarışlarından kənarlaşdırılıb

Olimpiya çempionu iki il müddətinə cüdo yarışlarından kənarlaşdırılıb Braziliya cüdoçusu Rafaela Silva iki il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.
Fərdi
25 Yanvar , 2020 10:39
Olimpiya çempionu iki il müddətinə cüdo yarışlarından kənarlaşdırılıb

Braziliya cüdoçusu Rafaela Silva iki il müddətinə bütün yarışlardan kənarlaşdırılıb.

"Report" "Globe" qəzetinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Cüdo Federasiyası qərar çıxarıb. 28 yaşlı idmançıdan 2019-cu ildə Perunun paytaxtı Limada keçirilmiş Panamerikan Oyunları zamanı dopinq testi götürülüb. 57 kq çəki dərəcəsində mübarizə aparan cüdoçunun orqanizmində fenoterol maddasi aşkarlanıb.

Bu onu 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında çıxış etmək imkanından məhrum edə bilər. Silva İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etmək niyyətindədir.

Qeyd edək ki, Rafaela Silva 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibidir. 

Son xəbərlər

Orphus sistemi