Olimpiadaya lisenziya qazanmış idmançılarımızla videokonfrans keçirildi

Olimpiadaya lisenziya qazanmış idmançılarımızla videokonfrans keçirildi Milli Olimpiya Komitəsi (MOK) Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılar və federasiyaların nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil edib.
Fərdi
217
3 May , 2020 15:31

Milli Olimpiya Komitəsi (MOK) Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış idmançılar və federasiyaların nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil edib. 

MOK-un mətbuat katibi Günay Malikqızının "Report"a verdiyi məlumata görə, tədbirin əsas mövzusu qlobal koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan olunmuş karantin rejimi şəraitində idmançıların və onların məşqçilərinin fiziki, psixoloji və ümumi hazırlıq məsələsi, postkarantin dövründə gerçəkləşdirilməsi nəzərdə tutulan işlərdən ibarət olub. 

Qarşıdakı günlərdə Beynəlxalq Olimpiya Komitəsinin olimpiadaya lisenziya prosesi ilə bağlı yenilənmiş qərarları açıqlayacağı barədə də idmançılara məlumat verilib. Bundan başqa Tokio-2020-də iştirak üçün hazırlığın yüksək səviyyəsinə çatmış idmançıların karantin rejimində məşqlərini ev şəraitində davam etdirmələri müsbət dəyərləndirilib. 

Videokonfransda yaxşı fiziki formada qalmaları üçün idmançıların ev şəraitinə uyğun məşq kompleksləri əsasında çalışdıqları, onların psixoloji hazırlıq vəziyyətinin də yüksək səviyyədə qalma məsələsinin diqqətdə saxlandığı vurğulanıb. Eyni zamanda karantin müddətində MOK-un təşkil etdiyi #Evdeqal #idmanlaqal kampaniyası haqqında fikir mübadiləsi aparılıb, yeni layihələrə dair təkliflər müzakirə olunub. 

Sonda müzakirə olunan məsələlərlə bağlı suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi