Olimpiadalara transgenderlərin də buraxılmasına icazə verilir

Olimpiadalara transgenderlərin də buraxılmasına icazə verilir Beynəlxalq Olimpiya Komitəsinin tibb məmurları siyasəti dəyişib
Fərdi
25 Yanvar , 2016 13:49
Olimpiadalara transgenderlərin də buraxılmasına icazə verilir

Bakı. 25 yanvar. REPORT.AZ/ Trans genderli idmançılar olimpiadalara cinsini dəyişmə əməliyyatı aparılmadan buraxıla bilərlər. "Report"un məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin tibb məmurları transgender məsələləri üzrə siyasəti hazırkı elmi, sosial və hüquqi münasibətlərə adaptasiya məqsədilə dəyişdirdiklərini açıqlayıb.

2003-cü ildə təsdiqlənmiş əvvəlki rəhbər prinsiplərə uyğun olaraq, cinsini dəyişənlər müvafiq əməliyyat aparmalı və yarışlara buraxılmaqdan ötrü ən azı 2 il ərzində hormonal terapiya keçməli idilər. İndi cərrahi müdaxilə vacib deyil. Cinslərini kişidən qadına dəyişənlər testosteronun səviyyəsinin müəyyən səviyyədən aşağı olduğunu rəsmi yarışdan ən azı bir il əvvələdək nümayiş etdirməlidirlər.

Qeyd edək ki, növbəti olimpiada 5 - 21 avqustda Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi