Olimpiadalara ən çox qatılmış qadın idmançı karyerasını bitirdi

Olimpiadalara ən çox qatılmış qadın idmançı karyerasını bitirdi Gürcüstanın güllə atıcısı Nino Salukvadze karyerasını başa vurub.
Fərdi
889
25 İyul , 2021 07:20
Olimpiadalara ən çox qatılmış qadın idmançı karyerasını bitirdi
Nino Salukvadze

Gürcüstanın güllə atıcısı Nino Salukvadze karyerasını başa vurub.

"Report" xəbər verir ki, 52 yaşlı idmançı bu barədə "TASS"a açıqlamasında məlumat verib.

O, növbəti Yay Olimpiya Oyunlarında məşqçi kimi fəaliyyət göstərəcəyini bildirib. Salukvadze Tokio-2020-də 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışının təsnifat mərhələsini 54 idmançı arasında 31-ci sırada bitirib.

Qeyd edək ki, Nino Salukvadze 9 olimpiadada iştirak etmiş yeganə qadın idmançıdır. O, 1988-ci il Seuldaki Yay Olimpiya Oyunlarında 25 məsafəyə atəşaçmada qızıl, 10 metr məsafəyə atəşaçmada gümüş medal qazanıb. Təcrübəli idmançı 2008-ci il Pekin olimpiadasında isə bürünc medal əldə edib. Kanadalı çapar İan Millar 10 olimpiadada iştirak edib.

Son xəbərlər

Orphus sistemi